Məhəmmədrza Səburi “Ray 1” radiosuna müsahibəsində deyib: “Dəfələrlə dediyimiz kimi, İranın hərbi əməliyyatı Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci fəslinə, yəni qanuni müdafiəyə əsaslanırdı. Bu əməliyyat İsrailin İran İslam Respublikasının Suriyadakı səfirliyinə hücumuna cavab olaraq həyata keçirilib və fikrimizcə, bitmiş hesab olunur.”
Səfir əlavə edib: “Lakin sionist rejim şər əməllərini davam etdirmək istəsə, İranın müstəqilliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququmuza əsaslanaraq, biz mütləq əvvəlkindən daha sərt cavab verəcəyik.”
Sizin rəyiniz